Bermud adaları vergiləri rəqəmsal valyutada qəbul edir

Bermud adaları vergiləri rəqəmsal valyutada qəbul edir

Bermud adaları vergi ödənişlərini rəqəmsal valyutada qəbul edən ilk dövlət oldu. Maliyyə şirkəti olan Circle, oktyabrın 16-sı Bermud adalarının vergi ödənişlərini stabilkoin (stablecoin) olan USD Coin (USDC) ilə qəbul edəcəyini açıqladı.

Milli.Az kriptoinvest.az-a istinadən bildirir ki, Circle-nin icraçı direktoru Jeremy Allaire: "Bermud adalarının Baş naziri açıqlama verib ki, stabilkoinlər maliyyə sisteminin gələcəyi olacaq. "Rəqəmsal aktivlər haqqında Qanun"-na əsasən lisenziya alan FinTech şirkətlər yalnız bermuda xalqına deyil, həmçinin bütün dünya üçün faydalı olacaq. Bermud adaları hakimiyyətinin bu addımını təbii hesab edirəm, çünki bermud dolları ABŞ dolları ilə 1:1 nisbətindədir."

Xatırladaq ki, USD Coin - qiyməti 1 ABŞ dollarına bərabər olan, Circle ilə Coinbase kriptovalyuta birjasının birgə yaratdıqları stabilkoindir. USDC hazırda CoinMarketCap-ın reytinqində 475 mln dollar bazar kapitalizasiyası ilə 24-cü yerdədir.

Mənbə: news.milli.az