X Regionlararası İqtisadi Forum - VİDEO

X Regionlararası İqtisadi Forum - VİDEO

Moskvada 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb. Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Roskonqress Fondu tərəfindən təşkil olunan forumun açılışında Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış ediblər. İki ölkə arasında iqtisadiyyat, sənaye, kənd təsərrüfatı kimi bir sıra sahələrdə qarşılıqlı əməkdaşlıq, ticari tərəfdaşlıq məsələləri müzakirə edilib.

Daha sonra İqtisadiyyat naziri Mikayıl Cabarrov jurnalistlərin suallarını cavablandırıb.

"Şadam ki, ölkələrimiz arasında qarşılıqlı mənfəətə əsaslanan əlaqələr mövcuddur. Bunun əksi mümkün ola bilməz. Çünki, Rusiya ilə Azərbaycan siyasi və strateji tərəfdaşdır. Ticarət dövriyyəsinin rəqəmləri hər iki ölkənin ixrac həcminin artdığını göstərir. Bu, qarşılıqlı mənəfəət tarixçəsi, qarşılıqlı mənəfəət əlaqələrindən xəbər verir. Bakıda 9 dekabrda gözlənilən növbəti hökumətlərarası komissiyanın iclasına hazırlıq işləri gedir. Hər iki ölkənin İqtisadiyyat nazirlikləri arasında əlaqələri daha da gücləndirmək və dərinləşdirməyə çalışacağıq. Makroiqtisadiyyat siyasəti, makroiqtisadi siyasətin elmi əsaslarının inteqrasiyası məsələlərində Rusiyanın təcrübəsi Azərbaycan üçün böyük maraq kəsb edir. Biz də, şübhəsiz ki, rusiyalı həmkarımızla ölkə səviyyəsində koordinasiya və qarşılıqlı əlaqələr zəminində maraq kəsb edən məsələlər üzrə təcrübəmizi bölüşməyə hazırıq."

10-cu Rusiya-Azərbaycan Regionlararası Forumu sabah öz işini yekunlaşdıracaq.

Mənbə: www.realtv.az