Xəbər verdiyimiz kimi, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.
Noyabr ayının 11-22 tarixlərində baş tutacaq beynəlxalq tədbirin keçirilməsi Bakının müxtəlif istiqamətlərində planlaşdırılıb.
Əldə etdiyimiz məlumata görə, ölkədə 8 noyabr Zəfər günü, 9 noyabr Bayraq günü kimi qeyd olunacaq.
11 və 12 noyabr qeyri iş günü elan olunacaq. Bununla da şənbə və bazar günü ilə birlikdə 8-
10-11-12 noyabr günlərində iş olmayacaq.
Ümumilikdə isə istirahət günləri ilə yanaşı noyabr ayında 12 gün iş olmayacaq.
Mənbə: bizim.media