Ərdoğan turistləri çətinə salacaq qərarı ləğv etdi

Ərdoğan turistləri çətinə salacaq qərarı ləğv etdi

Bildirilir ki, əslində, Ərdoğan elektrik enerjisi istehsal edən subyektlərə vergi tətbiq edilməsi qaydası ilə razılaşmayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə parlamentinin qəbul etdiyi xidmət vergisi barədə qərarı ləğv edib.

Bu qərar digər sahələrlə yanaşı, otellərdə yaşayışa görə 2% vergi alınmasını da nəzərdə tuturdu.

Sputnik Azərbaycan bildirir ki, Türkiyənin Otelçilər Federasiyasının başçısı Osman Ayık bir müddət öncə -yə bildirib ki, əgər 2020-ci il aprelin 1-dən otellərdə yaşamağa görə turistləri əlavə vergi ödəməyə məcbur etsələr, o zaman Türkiyədə istirahət bir qədər bahalanacaq.

"Prezident xidmət vergisi barədə qərarı yenidən işləmək üçün parlamentə qaytarıb, çünki onu yersiz hesab edib", - məlumatda deyilir.

Bildirilir ki, əslində, Ərdoğan elektrik enerjisi istehsal edən subyektlərə vergi tətbiq edilməsi qaydası ilə razılaşmayıb. Oteldə yaşayışa görə vergi tətbiq olunmasına isə Türkiyə Prezidentinin münasibəti açıqlanmır.

Mənbə: sputnik.az