"Bloomberg" iqtisadçılar arasında sorğu keçirib.
Sorğuda iştirak etmiş iqtisadçılara görə, ABŞ Mərkəzi Bankı (Fed) 2020-ci ildəki Prezident seçkilərini göz ardı edərək pul siyasətində dəyişikliyə getməyəcək və gələcək 2 il ərzində faizləri dəyişdirməyəcək.
29 iqtisadçı arasında keçirilmiş sorğuda daha əvvəl faiz endirimi gözləyən mütəxəssislər bu proqnozlarını dəyişdiriblər. Onlar, Fed-in faizinin 2021-ci ilin sonuna qədər 1.50% - 1.75% aralığında qalacağını gözləyirlər.
Sorğu iştirakçılarının 90%-dən çoxu Fed-in faiz endirimlərinin iqtisadi artımı dəstəklədiyini və pul siyasətinin "yaxşı bir yerdə" olduğu fikirindədir.
Fed bu il 3 dəfə faiz endirib.
İqtisadçılar 2020-ci ildə böhran ehtimalının azaldığını bildiriblər. Bu optimizmə baxmayaraq sorğu iştirakçıları iqtisadi artım və inflyasiyadakı risklərin aşağı istiqamətli olduğunu ifadə ediblər, beynəlxalq ticarət gərginliklərinin ABŞ iqtisadiyyatı üçün 2020-də ən böyük təhdid olduğunu vurğulayıblar. Digər təhdidin isə qlobal iqtisadi artımdakı yavaşlama olduğunu qeyd ediblər.
Mənbə: marja.az