Kürdəmirdə kartof sahələrində məhsuldarlıq 21,8 sentner artıb

Kürdəmirdə kartof sahələrində məhsuldarlıq 21,8 sentner artıb

Kürdəmir, 5 dekabr, AZƏRTAC

Kürdəmir rayonunun Kürqırağı kəndlərinin sakinləri payızlıq kartof yığımını başa çatdırıblar və sahələrdən 2512 ton məhsul götürülüb.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, payızlıq kartof əkini ilə əsasən Kürqırağı ərazilərin, o cümlədən Axtaçı, Mehdili, Muradxan, Ərəbqubalı ərazi vahidlərinin torpaq mülkiyyətçiləri məşğul olurlar. Bu yerlərdə xeyli vaxtdır ki, təkrar kartof əkilir.

Cari mövsümdə 143 hektar sahədə payızlıq kartof yetişdirilib. Hər hekatın məhsuldarlığı 176 sentner olub ki, bu da ötən ildəki göstəricidən 21,8 sentner çoxdur.

Qeyd edək ki, rayonda bu il 915 hektarda yazlıq kartof əkilib. Torpaq mülkiyyətçiləri sahələrdən 12548 ton məhsul götürüblər.

Mənbə: azertag.az