Tural Əfəndiyev də namizəd olacaq

Tural Əfəndiyev də namizəd olacaq

İlyas Əfəndiyev Beynəlxalq Fondunun prezidenti qarşıdan gələn parlament seçkilərində iştirak edəcək.

"Qafqazinfo"ya daxil olan məlumata görə, fevralın 9-da keçiriləcək seçkilərdə namizədlərdən biri də fondun prezidenti Tural Əfəndiyev olacaq. O, parlamentə namizədliyini 30 Saylı Suraxanı Birinci Seçki Dairəsindən irəli sürəcək.

Qeyd edək ki, Tural Əfəndiyev 1981-ci ildə Bakıda Xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində anadan olub. Tural Əfəndiyev həm iqtisadiyyat, həm də mədəniyyət və incəsənət sahəsində iki ali təhsil alıb. O, hər iki sahədə magistr dərəcəsi alıb, sənətşünaslıq üzrə fəlsəfə doktoru dərəcəsini və dosent elmi ada layiq görülüb.

Əmək fəaliyyətinə Azərbaycanın bank sektorunda başlayan T. Əfəndiyev, müxtəlif illərdə dövlət sektorunun iqtisadiyyat və maliyyə, sığorta, həmçinin ekologiya və təbii sərvətlər sahələrində rəhbər vəzifələrdə çalışıb. Mədəniyyət və incəsənət sahəsində pedaqoji fəaliyyətlə məşğul olub. Son illərdə xaricdə işləyərək hazırda prezident olduğu İlyas Əfəndiyev Beynəlxalq Fondunu təsis edib.

Mənbə: qafqazinfo.az