Professor Azərbaycanda sığorta sisteminin inkişaf potensialından danışır

Professor Azərbaycanda sığorta sisteminin inkişaf potensialından danışır

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, bir çox sahələrin inkişafı, o cümlədən iqtisadi tarazlığın təmin edilməsində sığorta sisteminin önəmli rolu var

“Azərbaycanda sığorta bazarının dinamik inkişafı üçün perpektivlər mövcuddur”. Bunu Trend-ə müsahibəsində “Atəşgah Həyat Sığorta”nın İdarə Heyətinin sədri Azər Əliyev deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, ölkədə aparılan islahatlar çərçivəsində sığorta bazarının inkişafı prioritet istiqamətlərdəndir:

“Bu gün dünya iqtisadiyyatında sığorta sisteminin prioritet olduğunu əminliklə deyə bilərik. Bir çox sahələrin inkişafı, o cümlədən iqtisadi tarazlığın təmin edilməsində sığorta sisteminin önəmli rolu var. Azərbaycanda isə sığorta bazarında görüləcək işlər çoxdur. Azərbaycanın maliyyə resursları və iqtisadi proseslərin dayanıqlı inkişafı sığorta sisteminin inkişaf potensialının yüksək olduğunu göstərir”.

Mənbə: sputnik.az