Dünyanın ən çox turist qəbul edən şəhərləri bunlardır: SİYAHI

Dünyanın ən çox turist qəbul edən şəhərləri bunlardır: SİYAHI

Nüfuzlu “Daily Mail” nəşri dünyanın ən çox turist qəbul edən şəhərlərinin adlarını açıqlayıb.

Cebhe.info xəbər verir ki, reytinq cədvəlində birinci yeri ABŞ-ın Mayami şəhəri tutur. Bu şəhərdə hər 100 sakinə 1.6 min turist düşür. İkinci yerdə Las Veqas şəhəridir. Burada hər 100 sakinə 993 səyahətçi düşür. Üçlüyü BƏƏ-nin Dubay şəhəri tamamlayır. Dördüncü yerdə Britaniyanın Edinburq şəhəri gəlir. Burada hər 100 sakinə 45 turist düşür.

14-cü yeri London şəhəri tutur. Burda turistlər yerli sakinlərdən 2.5 dəfə çoxdur. Reytinq cədvəlinə Dublin, Hon Konq, San-Fransisko, Sinqapur, Vaşinqton şəhərləri də daxildir.

Aydın

 

 

Mənbə: cebhe.info