Kirayə qalanlar necə mənzil sahibi ola bilər? - Ekspert şərtləri açıqladı (VİDEO)

Kirayə qalanlar necə mənzil sahibi ola bilər? - Ekspert şərtləri açıqladı (VİDEO)

Məlum olduğu kimi, dövlət başçısının bu il yanvarın 25-də imzaladığı sərəncamla vətəndaşlar kirayə qaldıqları mənzillərə sahib olmaq imkanı əldə etdilər. Uzun müddət idi ki, kirayə yolla mənzil almağın şərtləri və qaydaları müzakirə olunurdu.

Artıq Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu bütün şərtləri açıqlayıb. Fonddan verilən məlumatda qeyd edilib ki, kirayə mənzillər Bakı və Bakıətrafı, o cümlədən Sumqayıtda çoxmərtəbəli binalardan veriləcək. Fonda müraciət edən vətəndaşlara heç bir faiz olmadan kirayə mənzillər təqdim olunacaq. Kirayə mənzillərlə bağlı müraciətlər bu ayın 2-ci yarısından başlayacaq. Artıq normativ hüquqi baza yaradılıb.

Bəs, kimlər bu mənzillər üçün müraciət edə bilər, hansı şərtlər təmin olunmalı və vətəndaşın nə qədər gəliri olmalıdır? Kirayə müqaviləsi bağlayan vətəndaş nə zaman mənzili almaq hüququ əldə edir? Həmin mənzildə qeydiyyata düşmək imkanı və mülkiyyəti təsdiq edən sənədin alınması necə baş tutur? Kirayə öhdəlikləri başqasına ötürülə bilərmi? Hansı hallarda vətəndaş mənzili itirir?

Bu və digər sualları iqtisadçı ekspert Vüqar Bayramov Musavat.com-a müsahibəsində cavablandırıb. Ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

Mənbə: moderator.az