Bütün pulları reklama xərclənən “Unicorn” startapının acı aqibəti

Bütün pulları reklama xərclənən “Unicorn” startapının acı aqibəti

Elektrosamokatlar istehsal edən “Unicorn” startapı maddi problemlər ucbatından bağlanıb. İndi onun hətta haqqı ödənilmiş sifarişləri yerinə yetirməyə belə pulu yoxdur.

Startapın icraçı direktoru müştərilərə məktubunda bildirib ki, bütün vəsaitləri layihənin “Facebook” və “Google”-dakı reklamına gedib. Amma reklam çox baha olub, şirkət isə ancaq 350 elektrosamokata sifariş əldə edib. Həmin məhsulları da zavoddan alıb alıcılara çatdırmaq üçün startapın pulu qalmayıb.

“Biz artıq edilmiş sifarişləri yerinə yetirmək üçün yeni sifarişlər qəbul etməyə davam edə bilərdik, amma bu zaman növbəti müştərilərimizi zərbə altında qoymuş olacaqdıq, ona görə də bağlanmaq qərarına gəldik. Buna çox təəssüf edirik” – “Unicorn”un icraçı direktoru yazısında vurğulayıb.

Qeyd edək ki, “Unicorn” , 2019-cu ildə “Tile” startapının həmtəsisçisi Nick Evans tərəfindən yaradılıb.

Mənbə: bizplus.az