İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu əməkdaşlarının tibbi sığortalanması üçün açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 150 manatdır.
İddiaçılar ilkin sənədləri fevralın 16-sı, saat 17:55-ə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə fevralın 24-ü, saat 17:55-ə qədər qurumun Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə fevralın 27-də, saat 17:55-də qeyd olunan ünvanda baxılacaq.
Mənbə: report.az