BTQ üçün nəzərdə tutulan vaqonların sayı gələn il 20-yə çatdırılacaq

BTQ üçün nəzərdə tutulan vaqonların sayı gələn il 20-yə çatdırılacaq

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə sərnişin daşımalarında istifadə etmək üçün gələn il Azərbaycana İsveçrənin “Stadler” şirkətinin istehsalı olan daha 10 vaqon gətiriləcək.

“Report” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Natavan Bayramova məlumat verib.

Xatırladaq ki, səhmdar cəmiyyət BTQ üçün ümumilikdə 20 vaqon alıb və onlardan 10-u artıq Azərbaycan paytaxtındadır.

Mənbə: report.az