Sankt-Peterburqda ikinci göydələnin tikintisinə hazırlıq işlərinə başlanılıb.
Artıq Finlandiya körfəzi sahillərində “Laxta Mərkəzi-2”nin tikintisi üçün ərazinin təmizlənməsinə başlanılıb.
Layihəyə uyğun olaraq ərazidə yerləşən qaraj və inzibati bina söküləcək.
Yeni layihə “Laxta Mərkəzi 1”dən daha yüksək olacaq. Onun hündürlüyü 703 metr olacaq ki, bu da şəhərin yaranma tarixini əks etdirir.
Göydələn dünyada ikinci ən hündür və müşahidə göyərtəsinə (590 metr) görə ən yüksək bina olacaq.
Yeni qüllənin tikintisi 2031-ci ildə yekunlaşacaq.
Mənbə: bizim.media