Dövlət büdcəsi təsdiq olundu: 4 milyard

Dövlət büdcəsi təsdiq olundu: 4 milyard

Özbəkistan ilk dəfə qanuni büdcəyə sahib olub.

Cebhe.info xəbər verir ki, prezident Şavkat Mirziyoyev "2020-ci il üçün Özbəkistan Respublikasının dövlət büdcəsi haqqında" Qanun imzalayıb. Ölkə tarixində ilk dəfə qəbul edilmiş həmin qanun bu gündən qüvvədədir. Gələn il üçün sənədlərə əsasən, Özbəkistanın büdcəsi 4 milyard dollar təşkil edəcək.

Büdcədən istifadə qaydası ölkənin Maliyyə, İqtisadiyyat və Sənaye, İnvestisiya və Daxili Ticarət nazirlikləri tərəfindən təsdiq ediləcək.

İstiqraz xərcləri isə ölkə büdcəsinin hesabından 1,5 milyard dollar təşkil edəcək.

Sevinc
Cebhe.info

Mənbə: cebhe.info