Gömrük Akademiyasında seminar keçirilib

Gömrük Akademiyasında seminar keçirilib

Dekabrın 10-da Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə tələbələr üçün "Bank fəaliyyəti və fəaliyyətin təşkili" mövzusunda seminar keçirilib.

Modern.az xəbər verir ki, akademiyanın “İqtisadiyyat” ixtisası üzrə III kurs tələbəsi, TGT-nın Təlim və karyera üzrə məsul şəxsi və Gənc konüllülər üzrə koordinator Aqşin Nəzərli sözügedən mövzu ilə bağlı geniş təqdimatla çıxış edərək, bank fəaliyyətinin təşkili, Azərbaycanda bank sektorunun inkişafı, maliyyə bazarları, bankların reytinq cədvəli və yerli bankların ümumi vəziyyəti, o cümlədən Mərkəzi Bank və onun fəaliyyəti haqqında danışıb.

Təqdimatdan sonra Akademiya rəisinın elmi işlər üzrə müavini Cəmilə Namazova tədbirin əhəmiyyətinə toxunaraq bildirib ki, ilkin nəzəri-praktiki biliklərin qazanılmasında yuxarı kurs tələbələrinin aşağı kurs tələbələri ilə ünsiyyətinin, müxtəlif seminar və təqdimatların mühüm rolu var. O, deyib ki, belə seminarlar tələbələrin sərbəst danışıq qabiliyyətinin artmasına imkan yaradır. Cəmilə Namazova tələbələrə uğurlar arzulayaraq, təqdimatların hazırlanmasında öz tövsiyələrini verib.

İxtisas fənləri kafedrasının müdiri Elvin Əlirzayev, öz növbəsində, tələbələr tərəfindən təqdim olunan seminarların vacibliyini bildirib. O, eyni zamanda, elmi-sosial tədbirlərin davamlı olacağını bildirib.

Mənbə: modern.az