"Azərpoçt" mükafatlandırılıb

"Azərpoçt" mükafatlandırılıb

“Mastercard” beynəlxalq ödəniş sisteminin təşəbbüsü ilə Bakıda “Nağdsız Azərbaycana doğru” adlı tədbir keçirilib. Azərbaycanın milli poçt operatoru “Azərpoçt” MMC “Debit Mastercard” məhsulu üzrə inkişaf dinamikasına görə ikinci yerə sahib olub və müvafiq sertifikatla təltif edilib.

“Azərpoçt”dan “APA-Economics”ə verilən məlumata görə, tədbirdə “Mastercard”ın Azərbaycan və Türkiyə nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən banklar, kart xidmət mərkəzləri, o cümlədən “Azərpoçt” təmsil olunub.

Qeyd edək ki, 2012-ci ildən “Mastercard”a qoşulan “Azərpoçt” müxtəlif illərdə bu beynəlxalq ödəniş sisteminin bir neçə nominasiyasının qalibi olub.

Debit layihəsinin tətbiqi dövründə əsas hədəf müştərilərə yeni məhsulu düzgün təqdim etmək və həmin məhsulun bazarda kart istifadəçilərinə verdiyi imkanlardan yararlanmaq olub.

Xatırladaq ki, “Azərpoçt” bu günədək 260 mindən artıq kart emissiya edib. Hazırda milli poçt operatorunun 65 ATM-i fəaliyyət göstərir.

Mənbə: apa.az