Gələn il Moskvada Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının iclası keçiriləcək

Gələn il Moskvada Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının iclası keçiriləcək

Bakı, 11 dekabr, AZƏRTAC

2020-ci ildə Moskvada Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının iclası keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Abdullayev dekabrın 11-də Bakıda keçirilən Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında deyib.

Y.Abdullayev qeyd edib ki, eyni zamanda, gələn ilin sentyabrında Vladivostokda "Şərq İqtisadi Forumu" təşkil olunacaq. Azərbaycan nümayəndə heyəti forumda iştirak edəcək.

Mənbə: azertag.az