"Rusiya İrana ağlasığmaz vəsaitlər yatırıb və birinci yerə çıxıb, Tehran heyrət içindədir..."

"Rusiya İrana ağlasığmaz vəsaitlər yatırıb və birinci yerə çıxıb, Tehran heyrət içindədir..."<span class="qirmizi"></span>

"Rusiya İrana ağlasığmaz vəsaitlər yatırıb və birinci yerə çıxıb, Tehran heyrət içindədir..."

"Bizim Rusiya ilə münasibətlərimiz strateji xarakter daşıyır və biz müxtəlif sahələrdə birgə işləyirik..."

"İranın əsas iqtisadi tərəfdaşları Çin və Rusiyadır, biz bu ölkələrlə strateji əməkdaşlığı genişləndirmək niyyətindəyik..."

Rusiya cari maliyyə ilində 2, 76 milyard dollar vəsait yatıraraq İranın ən böyük investoruna çevrilib.

Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" işgüzar qəzeti yazıb.

Söhbət sənaye, dağ-mədən və nəqliyyat sektorlarından gedir. İranın Maliyyə Nazirliyinin məlumatına görə, bu maliyyə ilində 4, 2 milyard dollarlıq birbaşa xarici investisiyaların ümumi həcminin üçdə iki hissəsi Rusiya Federasiyasının payına düşüb.

Müqayisə üçün, BMT-nin ticarət məlumatlarına görə, 2021-ci ildə İran cəmisi 1, 45 milyard dollarlıq birbaşa xarici investisiya cəlb edə bilib.

"Bizim Rusiya ilə münasibətlərimiz strateji xarakter daşıyır və biz bir çox sahələrdə, xüsusilə iqtisadi sahədə birgə işləyirik", - İranın maliyyə naziri Ehsan Xandouzi qeyd edib.

O, vurğulayıb ki, İranın əsas iqtisadi tərəfdaşları Çin və Rusiyadır, bu ölkələrlə İran "strateji sazişlərin gerçəkləşməsi yolu ilə" münasibətlərini genişləndirmək niyyətindədir".

Qəzet qeyd edir ki, Tehran və Moskva Qərbin Rusiyaya qarşı Ukraynaya tammiqyaslı hərbi müdaxilədən sonra tətbiq etdiyi sanksiyalarından sonra əlaqələrini aktivləşdirib.

Nəşr yazır ki, Rusiyanın bizbes-nümayəndə heyətləri müntəzəm olaraq İranı ziyarət edərək sanksiyalardan yan keçmək üçün sövdələşmələr və məsləhətləşmələr axtarışında olub.

Öz növbəsində İran çoxdan sanksiyalar altında olan öz iqtisadiyyatına dəstək üçün yeni ticarət münasibətlərini inkişaf etdirməyə can atır.

Bu ilin yanvar ayında İran və Rusiyanın bankları ikitərəfli ticarəti stimullaşdırmaq üçün özlərinin banklararası komunikasıya sistemlərinin birləşdirilməsi haqqında saziş imzalayıb.

Lakin Qərb analitiklərinin nöqteyi-nəzərincə, hər iki ölkə iqtisadiyyatı xammal mallarına əsaslanıb və analoji məhsullar istehsal edir. Ona görə də ekspertlər Rusiya və İranın gələcəkdə ikitərəfli ticarəti inkişaf etdirmək perspektivinə kifayət qədər skeptik yanaşır.

Qeyd edək ki, İran və Rusiya əməkdaşlığı təkcə sənaye, dağ-mədən və nəqliyyat sektorları ilə məhdudlaşmır. Bəlli olduğu kimi, İranın molla rejimi Rusiyaya döyüş PUA-ları tədarük edir, bu da Kreml tərəfindən Ukraynaya qarşı hücumlarda istifadə olunur.

Bir neçə gün bundan öncə İranın BMT-dəki daimi nümayəndəliyi Rusiyadan Su-35 təyyarələrinin alınması barədə rəsmən elan edib. Bu barədə məlumat ötən ilin sonlarından mətbuatda dolaşıb, qeyd edilib ki, Moskva "Shahed" dronlarının əvəzinə İrana 24 ədəd Su-35 təyyarəsi tədarük edəcək.

Ötən ilin noyabrında məlumat verilib ki, Tehran əlavə nüvə materiallarının əldə edilməsi üçün Moskva ilə razılaşaraq reaktorlar üçün yanacaq hazırlanmasında kömək etməyi xahiş edir. Belə addım molla rejiminə nüvə silahının alınması müddətini qısaltmağa imkan verəcək

Mənbə: moderator.az