İranın neft hasilatı azalır

İranın neft hasilatı azalır

İranın noyabrda neft istehsalının gündəlik 45 min barel azalaraq, orta hesabla 2.1 milyon barelə düşüb.

Cebhe.info-nun məlumatına görə, bu açıqlama OPEK-in aylıq hesabatında öz əksini tapıb. Hesabata əsasən, cari ilin 11 ayı ərzində İran neftinin 1 bareli 61 dollar 68 sent dəyərində olub. Bu isə öz növbəsində, ötən ilin oxşar dövrü ilə müqayisədə 10.5 faiz azalmanın olduğunu nümayiş etdirir.

Xatırladaq ki, İranın sanksiyalardan öncə gündəlik neft hasilatı 3 milyon 830 min barel təşkil edirdi. Digər tərəfdən, İranın xam neftə olan daxili təlabatı gündəlik təqribən 1.8 milyon bareldir. Hasilatın 2.1 milyon barelə enməsi göstərir ki, ölkə noyabr ayı gündəlik qalan 300 min bareli ya ixrac edib, ya da depolayıb. Buna baxmayaraq, Ruhani hökuməti gələn ilin büdcə layihəsində gündəlik 1 milyon barel neft və qaz konsendant satışı proqnozlaşdırıb.

Beynəlxalq naviqasi şirkəti olan Kplerin məlumatına görə, İran noyabr ayı ərzində gündəlik 213 min barel neft və qaz konsendant ixrac edə bilib.

Müşfiq Abdulla
Cebhe.info

 

 

Mənbə: cebhe.info