ADNSU-da qida təhlükəsizliyi ilə bağlı görüş keçirilib

ADNSU-da qida təhlükəsizliyi ilə bağlı görüş keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Qida Təhlükəsizliyi İnstitunun direktor müavini Camal Quliyevin rəhbərlik etdiyi işçi qurupla Kimya mühənsiliyi və Ekologiya mühəndisliyi ixtisaslarının tələbələri ilə görüş keçirilib.

Qida Təhlükəsizliyi İnstitunun direktor müavini Camal Quliyev qida təhlükəsizliyinin önəmindən danışaraq bildirib ki, 2017-ci ildə dövlət başçısının sərəncamı ilə Qida Təhlükəsizliyi Agentliyi yaradıldıqdan sonra bu sahədə mərkəzləşdirilmiş nəzarət mexanizmi qurulub, qida təhlükəsizliyinin təminatı kifayət qədər təkmilləşdirilib.

Bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılmasının önəmindən danışan C.Quliyev ixtisaslı mütəxəssislərin, tələbələrin və gənclərin köməyinə ciddi ehtiyac olduğunu deyib. O əlavə edib ki, artıq ADNSU ilə bu istiqamətdə əməkdaşlıq aparılır. Yeni layihəyə əsasən, universitetdə uyğun ixtisaslarda təhsil alan tələbələr, könüllülər Qida Təhlükəsizliyi İnstitutunda və agentlikdə təcrübə keçərək bilikləri yoxlanıldıqdan sonra konkret əməkdaşlığa cəlb olnacaqlar.

Qeyd edək ki, ADNSU-da artıq Qida mühəndisliyi ixtisası yaradılıb və növbəti tədris ilindən bu ixtisas Üzvi maddələr və yüksək molekullu birləşmələrin texnologiyası kafedrasında tədris olunacaq.

Sonda mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb.

ADNSU İctimaiyyətlə Əlaqələr və Marketinq Departamenti

Mənbə: xalqqazeti.com