Cənubi Koreya İrana borcunu niyə ödəmir? - SƏBƏB

Cənubi Koreya ABŞ-ın sanksiyaları səbəbindən İrana olan 7 milyard dollarlıq borcunu ödəyə bilmir.

Axar.az xəbər verir ki, bu barədə məlumatı "Blumberq" agentliyi yayıb. Məlumata görə, İran Xarici İşlər Nazirliyi bu səbəbdən Cənubi Koreyanın Tehran səfirini ötən ay nazirliyə çağırıb və Seulun sanksiyalara görə münasibətindən narazılığını bildirib.

Bundan başqa, İranın Cənubi Koreyadakı səfirinə bu ölkəyə idxal edilən neftdən əldə edilən, ancaq ABŞ-ın İran Mərkəzi Bankına qoyduğu sanksiyalar səbəbindən hələ də Cənubi Koreya banklarında saxlanılan 6 milyard dolların ödənməsi tələbini irəli sürdüyü vurğulanıb.

Həmçinin o da qeyd edilib ki, Seul hökuməti İrana rəsmi nümayəndələr göndərib, məbləğin transferi üçün ABŞ rəhbərliyi ilə müzakirə apardığı barədə Tehrana məlumat verib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

MÜSİAD: Türkiyə vətəndaşlarını Azərbaycana turist kimi gətirmək niyyətindəyik

SONRAKI XƏBƏR

Dövlət Yanğından Mühafizə Xidmətinin rəisindən AÇIQLAMA