Qazı olmayan ölkələrdə LPG Azərbaycandan ucuzdur - Avropa ölkələrinin SİYAHISI

Qazı olmayan ölkələrdə LPG Azərbaycandan ucuzdur - Avropa ölkələrinin SİYAHISI

Xəbər verdiyimiz kimi, Azərbaycanda yanacaqdoldurma məntəqələrində satılan maye qazın (LPG) qiyməti artıq bir aydır 45%-ə yaxın qaldırılıb.

Yeniavaz.com xəbər verir ki, əvvəllər 1 litri 45 qəpiyə satılan LPG hazırda 65 qəpiyə satılır.

Maraqlıdır ki, topdansatış qiyməti Tarif Şurası tərəfindən müəyyənləşdirilən LPG-nin qiymətində hər hansı bir dəyişiklik olmasa da, yanacaqdoldurma məntəqələri tələbatın artdığını və yanacaq çatışmazlığını əsas gətirərək qiyməti qaldırıblar.

Qeyd edək ki, Azərbaycandan fərqli olaraq qaz istehsalçısı olmayan və LPG-ni xaricdən idxal edən bəzi region ölkələrində qiymət ölkəmizlə müqayisədə aşağıdır.

Maraqlı olacağını nəzərə alaraq Avropa ölkələrində 1 litr LPG-nin mövcud qiymətlərini təqdim edirik:

- Avstriya - 0,77 avro

- Azərbaycan - 0,35 avro

- Albaniya - 0,51 avro

- Ermənistan - 0,33 avro

- Belarus - 0,39 avro

- Belçika - 0,55 avro

- Bolqarıstan - 0,46 avro

- Böyük Britaniya - 0,71 avro

- Macarıstan - 0,71 avro

- Almaniya - 0,61 avro

- Yunanıstan - 0,81 avro

- Gürcüstan - 0,51 avro

- İrlandiya - 0,69 avro

- İspaniya - 0,72 avro

- İtaliya - 0,61 avro

- Latviya - 0,54 avro

- Litva - 0,55 avro

- Lüksemburq - 0,52 avro

- Moldova - 0,50 avro

- Niderland - 0,86 avro

- Norveç - 0,73 avro

- Polşa - 0,53 avro

- Portuqaliya - 0,68 avro

- Rusiya - 0,31 avro

- Rumıniya - 0,52 avro

- Serbiya - 0,68 avro

- Slovakiya - 0,56 avro

- Sloveniya - 0,57 avro

- Türkiyə - 0,61 avro

- Ukrayna - 0,46 avro

- Fransa - 0,87 avro

- Xorvatiya - 0,62 avro

- Çexiya - 0,54 avro

- İsveçra - 0,82 avro

- İsveç - 0,86 avro

- Estoniya - 0,59 avro

Mənbə: teref.az