Səudiyyə Ərəbistanın iyul ayında neft hasilatını 1 milyon barelə qədər azaltmaq qərarı birjalarda qiymətlərin yüksəlməsinə təsir edib. Bəzi analitiklər hazırda bir bareli 77 dollardan yuxarı olan "Brent" markalı neftinin qiymətinin ilin sonuna kimi 100 dollara qədər artacağını proqnozlaşdırırlar.
Bu arada ABŞ-ın neft və qaz hasilatı rekord səviyyəyə yüksələrkən, ixrac da yeni zirvələrə çatır.
İyul ayında qüvvəyə minəcək yeni qərarla qlobal bazarda gündəlik ümumi tədarük 1 milyon barel və ya təxminən 1 faiz azalacaq.
Bu, Səudiyyə Ərəbistanı və OPEC+ ölkələrinin hasilatı 5 milyon barel azaldılması qərarı ilə "Brent" markalı neftinin gündə 5 dollara qalxdığı aprel ayından daha kiçik bir sıçrayışdır.
Qlobal neft bazarı, xüsusən də Ukraynadakı müharibə və Rusiyanın enerji məhsullarına qarşı tətbiq ediləni sanksiyalar səbəbindən daimi dalğalanma içərisindədir. Lakin son bir ildə qlobal bazarları sabitləşdirməyə kömək edən əsas amil ABŞ-da istehsalın artırılması olub.
ABŞ-da xam neft hasilatı COVID pandemiyasından əvvəl- 2019-cu ilin sonlarında gündəlik 13 milyon barel zirvəyə yüksəlmişdi. Lakin 2021-ci ildə neft hasilatı 10 milyon bareldən aşağı düşüb ki, bu da təlabatın azalması ilə əlaqədar idi.
2021-ci ildə prezident fəaliyyətinə başlayan Baydenin bərpa olunan enerjiyə aqressiv keçidə və qalıq yanacaqlarının ləğvinə dair çağırışı neft qiymətlərinin yüksəlməsi ilə nəticələndi. Beləliklə, 2022-ci ilin ortalarına qədər benzinin qiyməti bir qallon üçün 5 dollara çatdı. Lakin Bayden mövqeyini dəyişdi. O, qiymətlərin aaşağı salınması və daha çox neft və qaz hasil etmələri üçün Amerika enerji firmalarına təzyiq göstərməyə başladı. Pandemiya zamanı itkilər və ondan əvvəlki illərdə həddindən artıq hasilat səbəbindən neft dünyası buna qarşı çıxdı.
ABŞ Enerji İnformasiya Administrasiyasının açıqladığı son məlumata görə, ölkədə hasilat mart ayında sutkada 11,7 milyon bareldən 12,7 milyon barelə yüksəlib. Başqa sözlə, hazırkı istehsal səviyyəsi 2019-cu ildəki rekord istehsaldan cəmi 2,3 faiz aşağıdır. EIA ABŞ istehsalının 2024-cü ilə qədər bu səviyyələrdə qalacağını təxmin edir.
ABŞ əvvəlkindən daha çox neft məhsulları ixrac edir. ABŞ-ın benzin və təyyarə yanacağı kimi xam məhsulların ixracı mart ayında ən yüksək səviyyəyə çatıb. İyunun 1-ə olan məlumata görə, ABŞ-ın rekord neft ixracı dünya təklifini yumşaltmağa və qiymətləri nəzarətdə saxlamağa kömək edib.
ABŞ enerji şirkətləri özəl sektorda fəaliyyət göstərdiyindən Bayden onlardan Səudiyyə Ərəbistanı və bir çox digər OPEC+ ölkələrindəki kimi hökumət aləti olaraq istifadə edə bilməz. Lakin ABŞ enerji sənayesi hələ də tədarükləri sıx və qiymətləri yüksək saxlamaq üçün Səudiyyənin rəhbərlik etdiyi səylərə qarşı durmağa çalışır.
Mütəxəssislər deyirlər ki, istehlakçılar hər iki tərəfdə daha bir uzun döyüşünə hazır olmalıdırlar. "Goldman Sachs"a görə, Səudiyyə Ərəbistanın gündəlik hasilatı 1 milyon barel azaldacağını elan etməsindən sonra xam neftin qiyməti barrel üçün təxminən 6 dollar arta bilər.
Mənbə: azvision.az