Bir sıra rusiyalı milyarder ölkəyə tətbiq edilən sanksiyalara baxmayaraq öz varidatlarını artıra biliblər.
Lent.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, bunlar əsasən metal və neft istehsalı ilə bağlı olan şirkətlərdir. 2022-ci ilin əvvəlindən bəri neft və metal oliqarxlarının varidatları 10 milyon dollardan çox artıb.
Vahid Ələkbərov, Leonid Mixelson kimi oliqarxlar Rusiya-Ukrayna müharibəsi başlayandan artan qiymətlərin hesabına varlanıblar.
Mənbə: lent.az