ADY Kart adı altında saxta səhifələr açılıb - XƏBƏRDARLIQ/FOTO

ADY Kart adı altında saxta səhifələr açılıb -

ADY Kart adı altında sosial mediada saxta səhifələr açılıb.

Bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) bildirilib.

Qeyd edilib ki, bu səhifələr “il ərzində məhdudiyyətsiz səyahət təklifi ilə ilkin satış qiymətinə smart kart” kimi yalan məlumatlar yayaraq istifadəçiləri aldadır və bank kartı məlumatlarını mənimsəyir:

“Təhlükəsizliyinizi qoruyun:

• ADY-nin rəsmi səhifələrini izlədiyinizə əmin olun.

• Şəxsi məlumatlarınızı paylaşmadan əvvəl səhifənin etibarlılığını yoxlayın.

• Yalnız rəsmi mənbələrdən məlumat əldə edin.

Bank məlumatlarınızı heç kimlə paylaşmayın”.

Vətəndaşlardan şübhəli hallarla qarşılaşdıqda dərhal aidiyyəti qurumlarla və ya 18 22 “Qaynar xətt”lə əlaqə saxlamaq xahiş edilib.


Mənbə: bizim.media