“Həmin investisiyalar 2 trilyon dollara çatacaq”

“Həmin investisiyalar 2 trilyon dollara çatacaq”

“Təmiz energetika və infrastuktura yatırılan investisiyalar 2024-cü ildə 2 trilyon dollara çatacaq. Bu, qalıq yanacağına edilən sərmayədən demək olar ki, 2 dəfə çoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Bakıda COP29 sammitinin açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, təmiz enerji və iqlim dayanıqlığına keçidi dayandırmaq olmaz: “Bizim tapşırığımız bu prosesi sürətləndirmək və onun üstünlüklərindən bütün ölkələrin və xalqların istifadə edə bilməsini təmin etməkdir. İtki və zərərlə əlaqədar olaraq yeni maliyyə və texniki dəstək mexanizmlərini təkmilləşdirməyə davam etməliyik”

Mənbə: qafqazinfo.az