Azərbaycanda nə qədər vergi ödəyicisi var?

Azərbaycanda nə qədər vergi ödəyicisi var?

İş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 469 min 802 vahid artıb və 2024-cü il noyabr ayının 1-nə 1 milyon 871 min 717 olub.

Dövlət Vergi Xidmətindən "Unikal"a verilən məlumata görə, qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 445 min 682 vahid artaraq 985 min 604 təşkil edib.

Həmçinin noyabrın 1-nə qədər aktiv vergi ödəyicilərinin sayı 4,4 faiz artaraq 795 min, aktiv ƏDV ödəyicilərinin sayı isə 12,7 faiz artaraq 51,5 min təşkil edib. Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 4,7 faiz artıb və 214,1 min olub.


Mənbə: unikal.az