ABŞ-ın benzin ehtiyatları artıb

ABŞ-ın benzin ehtiyatları artıb

Bakı, 18 yanvar, AZƏRTAC

Birləşmiş Ştatların xam neft ehtiyatları azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 2,5 milyon barrel (0,6 faiz) azalaraq 428,5 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların 0,5 milyon barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 1,2 milyon barrel artmışdı.

ABŞ-ın strateji neft ehtiyatları isə dəyişməyərək 635 milyon barrel olub.

Hesabat həftəsində ölkənin benzin ehtiyatları 6,7 milyon barrel (2,7 faiz) artaraq 258,3 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 3,4 milyon barrel artacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 9,1 milyon barrel çoxalmışdı.

Mənbə: azertag.az