Şəki Regional Elmi Mərkəzinin şöbələrinin beş illik iş planı müzakirə olunub

Şəki Regional Elmi Mərkəzinin şöbələrinin beş illik iş planı müzakirə olunub

Bakı, 18 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzinin (ŞREM) elmi şurasının növbəti iclası keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, iclasın gündəliyində ilk məsələ mərkəzin şöbələrinin və elmi işçilərinin iş planlarının təsdiqi olub. Tədbirdə qurumun şöbə rəhbərləri 2020-2024-cü illəri əhatə edən iş planlarını şura üzvlərinin diqqətinə çatdırıblar.

Daha sonra ŞREM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü mərkəzin AMEA Rəyasət Heyətinin müzakirəsinə çıxarılacaq 2019-cu ilə dair hesabatının ilkin variantını təqdim edib.

Sonda hər iki məsələyə dair geniş müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub.

Mənbə: azertag.az