Xoşbəxt Yusifzadə 60 illik xəyalına qovuşdu - VİDEO

Görkəmli alim, Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə 90 illik yubileyi ilə əlaqədar dövlət başçısı və rəsmilərin iştirakı ilə keçirilən mərasimdə doğulub böyüdüyü Pirşağı qəsəbəsi barədə danışmışdı.

Bildirmişdi ki, hələ 60 il əvvəl Pirşağıda qatar çəkilməsi barəsində müraciət edibmiş. Lakin bunun reallaşması bu gün Prezident İlham Əliyevin sayəsində mümkün olub.

Avtosfer.az xəbər verir ki, Azərbaycan Dövlət Dəmir Yolları görkəmli alimi arzusuna çatdırıb. Sosial şəbəkələrdə yayılan videodan da göründüyü kimi Xoşbəxt Yusifzadə 60 ildən sonra qatarla doğma Pirşağı kəndinə gəlib.

Videonu təqdim edirik:

 

Qaynarinfo.az

ƏVVƏLKİ XƏBƏR

Ötən il Gürcüstanda avtomobil yanacağının qiyməti bahalaşıb

SONRAKI XƏBƏR

Anar Əsədlinin aktiv seçki təbliğatı davam edir: Bu dəfə Sumqayıtda vətəndaşlarla görüşdü (FOTO/VİDEO)