Mərkəzi Bank hərracın nəticələrini açıqladı

Mərkəzi Bank hərracın nəticələrini açıqladı

Azərbaycan Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri barədə məlumat yayılıb.

Cebhe.info xəbər verir ki, məlumata görə 21.01.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 13 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 785,4 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,76 faiz təşkil edib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı 150 milyon manat vəsait cəlb etməyi proqnozlaşdırmışdı.

Mənbə: cebhe.info