Azərbaycan toxuculuq və geyim məhsullarının istehsalını ötən il artırıb - CƏDVƏL

Azərbaycan toxuculuq və geyim məhsullarının istehsalını ötən il artırıb - CƏDVƏL

Ötən il toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 427,5 milyon manat dəyərində məhsul istehsal edilib.

"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu da 2018-ci il ilə müqayisədə toxuculuq sənayesində 33,2%, geyim istehsalında 22,6% artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 2,9% azalma deməkdir.

2019-cu il ərzində Azərbaycanda 84 811,1 ton pambıq lifi istehsal olunub ki, bu da 2018-ci il ilə müqayisədə 38,9% çoxdur.

Ötən il 21 098 min kv. metr hazır pambıq parçalar və 34 783,2 ton pambıq iplik buraxılıb ki, bu da 2018-ci il ilə müqayisədə müvafiq olaraq 9,2% və 41% çoxdur. Xalça istehsalında da artım müşahidə olunub. Belə ki, 2019-cu ildə 2 808,3 kv. metr xalça və xalça məmulatları istehsal olunub ki, buda 2018-ci il ilə müqayisədə 57,5% çoxdur.

Geyim məhsullarının buraxılışı:

Geyim məhsulları

2019-cu ildə istehsal edilib

2018-ci ilə nisbətən, %

Üst geyim, min ədəd

373,6

88,7

Alt geyim, min ədəd

550,6

92,7

Digər trikotaj məmulatları, min ədəd

40,1

133,2

Corab məmulatları, min cüt

3 248,9

137,2

Kişi və ya oğlanlar üçün pambıqdan və ya kimyəvi liflərdən hazırlanan istehsalat və peşə komplektləri, min ədəd

572,0

171,7

Kişi və ya oğlanlar üçün pambıqdan və ya kimyəvi liflərdən hazırlanan istehsalat penсəkləri və bleyzerləri, ədəd

2 710,0

1,1

Qadın və ya qızlar üçün kostyum və komplektlər, ədəd

2 294,0

68,8

Mənbə: apa.az