Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə tədbir təşkil olunub

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə tədbir təşkil olunub

Bakı, 22 yanvar, AZƏRTAC

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində "Sağlam məktəbli" layihəsi çərçivəsində tədbir keçirilib.

Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbir məktəblilər arasında qida təhlükəsizliyi anlayışının təbliği və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə təşkil olunub.

Tədbirdə məktəblərdə “Sanitar-gigiyenik norma və qaydalara əməl olunması”, “Fast food” qidalarının ziyanları, “Qida etiketləri” mövzularında təqdimatlar edilib, videoçarxlar nümayiş olunub, fikir mübadiləsi aparılıb.

Mənbə: azertag.az