İribuynuzlu heyvanların vaksinasiyası - VİDEO

İribuynuzlu heyvanların vaksinasiyası - VİDEO

Yanvar ayının əvvələrindən etibarən ölkə ərazisində heyvanlar arasında xüsusi təhlükəsi olan xəstəliklərə qarşı profilaktiki peyvəndləmə işlərinə start verilib.

İribuynuzlu heyvanlar arasında 45-50%, təkdırnaqlı heyvanlar və donuzlar arasında qara yara profilaktik işlər davam etdirilir.

Bunu REAL-a müsahibəsində Aqrar Xidmətlər Agentliyinin sədr müavini Bayandur Rzayev bildirdi.

Sədr müavini qeyd etdi ki, bu tədbirlər eyni zamanda sahibli itlər arasında quduzlama xəstəliyinə qarşı da başlanılıb.

Bundan sonra, xırdabuynuzlu heyvanlar arasında qara yara, iribuynuzlular arasında dabaq və modulyar dermatit xəstəliklərinə qarşı da profilaktik peyvəndləmə işləri aprel-may aylarında həyata keçiriləcək.

Bu il, həmçinin, vəhşi heyvanların peyvəndlənməsi başlanılacaq. Bunun üçün, 100 000 doza miqdarında pevənd vasitələri alınıb və fevral ayından etibarən tətbiqi həyata keçiriləcək. Peyvəndləminin əsas məqsədi - vəhşi təbiətdə yaşayan canlılar arasında quduzluq xəstəliyinin hallarının azalmasıdır.

Qeyd edək ki, heyvanların vaksinasiyası aqrar, o cümlədən heyvandarlıq sahəsini inkişafı istiqamətində aparılan tədbirdir.

REAL

Mənbə: www.realtv.az