Komitə sədri: Əhalinin siyahıyaalınmasına dair 30 cildlik hesabat hazırlanacaq

Komitə sədri: Əhalinin siyahıyaalınmasına dair 30 cildlik hesabat hazırlanacaq

Əhalinin siyahıyaalınmasına dair 30 cildlik hesabat hazırlanacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

O bildirib ki, əhalinin siyahıyaalınması ənənəvi üsullarla yanaşı, inzibati üsullardan istifadə yolu ilə də həyata keçirilib. Azərbaycanda ilk dəfə bu ötənilki siyahıyaalınma zamanı təsərrüfatbaşına uçot kitablarından da istifadə olunub. Ötən ilin sonuna müraciətlər əsasında siyahıyaalınmadan kənarda qalan şəxslərin siyahıyaalınması təmin edilib. Siyahıyaalınma materiallarının məlumat bazasına daxil edilməsi üçün hazırda 251 nəfər müqavilə əsasında işə cəlb edilib. Məlumatların emalı prosesi 1 il davam edəcək və yekunda 30 cildlik hesabat tərtib olunacaq.

Mənbə: azertag.az