Yanvarın 23-dən başlayaraq Gürcüstanda hava şəraiti kəskin dəyişəcək.
AZƏRTAC xəbər verir ki, Gürcüstanın Ətraf Mühit üzrə Milli Agentliyi bununla bağlı xüsusi xəbərdarlıq yayıb.
Bildirilir ki, yanvarın 23-dən 25-dək ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək, qar yağacaq, dağətəyi və dağlıq bölgələrdə duman, çovğun olacaq və güclü külək əsəcək.
Qara dəniz sahillərində 3-4 ballıq qasırğa gözlənilir.
Güclü yağıntılar səbəbindən bölgələrdə torpaq sürüşməsi istisna edilmir.
Yollar buz bağlayacaq, xüsusən Gürcüstandan Rusiyaya gedən yeganə avtomobil magistralında avtomobillərin hərəkətində məhdudiyyətlər yaranacaq.
Mənbə: azertag.az