İlin birinci yarısında “Brent”in orta qiyməti 62 dollar/barrel olacaq

İlin birinci yarısında “Brent”in orta qiyməti 62 dollar/barrel olacaq

Bu ilin birinci yarısında “Brent” markalı xam neftin bir barelinin orta qiymətinin 62 dollar olacağı nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb. Bildirilir ki, ayın əvvəlində ABŞ və İran arasındakı gərginliyin artması fonunda “Brent”in bir barelinin qiyməti 70 dollara yüksəldi. İki ölkə arasındakı gərginliyin azalması ilə bazarda risklər də aşağı düşdü. “Brent” neftinin orta qiymətinin ilin ilk yarısında 62 dollar/barrel təşkil edəcəyi proqnozlaşdırılır.

Agentliyə görə, qlobal neft bazarında tədarük çatışmazlığına dair narahatlıqlar azalıb və ilin birinci yarısında qiymətdə artım tempi gözlənilir.

Qeyd edək ki, EIA cari ildə isə “Brent”in orta qiymətinin 65 dollar/barrel olacağını proqnozlaşdırır.

 

Mənbə: azertag.az