Estoniya Avropa İttifaqında dövlət borcu ən aşağı səviyyədə olan ölkələr sırasındadır

Estoniya Avropa İttifaqında dövlət borcu ən aşağı səviyyədə olan ölkələr sırasındadır

Tallinn, 23 yanvar, AZƏRTAC

Ötən ilin üçüncü rübünün sonunda Avropa İttifaqına (Aİ) üzv ölkələr arasında ən yüksək dövlət borcuna Yunanıstan sahib olub, Estoniya isə bu göstərici üzrə ən aşağı səviyyəyə malik Aİ üzvü hesab edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsinin (Eurostat) məlumatında bildirilib.

Dövlət borcunun ÜDM-ə olan ən aşağı nisbəti Estoniya (9,2 faiz), Lüksemburq (20,2 faiz) və Bolqarıstanda (20,6 faiz) qeydə alındığı halda, ən yüksək nisbət Yunanıstan (178,2 faiz), İtaliya (137,3 faiz), Portuqaliya (120,5 faiz), Belçika (102,3 faiz) və Fransaya (100,5 faiz) aiddir.

 

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn

Mənbə: azertag.az