Virusa görə neft sürətlə ucuzlaşır - QİYMƏT

Virusa görə neft sürətlə ucuzlaşır - QİYMƏT

Dünya birjalarında neftin qiyməti sürətlə ucuzlaşır.

FED.az xəbər verir ki, bu gün axşama Brent markalı neft daha 2% ucuzlaşaraq 61,53 dollara düşüb. ABŞ-ın WTI nefti də 55,21 dollara düşüb.

Ümumiyyətlə son 18 gündə, neftin qiymətinin maksimuma (68,91 dollara) çatdığı yanvarın 6-dan indiyədək neftin qiyməti 9,7% ucuzlaşıb.

Mənbə: fed.az