Obyektiv: Pensiya və müavinətlərin elektronlaşması hansı üstünlükləri verir? (VİDEO)

Obyektiv: Pensiya və müavinətlərin elektronlaşması hansı üstünlükləri verir? (VİDEO)

"Obyektiv"in bu dəfəki buraxılışında pensiya və müavinətlərin elektron arayış xidmətlərinin üstünlükləri və faydaları barədə danışırıq.

Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində idarəçiliyin və əhaliyə xidmətlərin elektron infrastrukturunun qurulması bu sahələrdə innovativ yeniliklər olaraq proaktiv xidmətlərin yaradılması sahəsində mühüm addımlar atılır.

DSMF-nin direktor müavini Mətin Əsgər bildirib ki, dövlət xidmətlərinin göstərilməsində informasiya və komunikasiya texnologiyalarının istifadə olunması dövlətimizin əsas proritetlərindəndir:

"2019-cu ildə pensiyaların, müavinətlərin, təqaüdlərin elektronlaşdırılmasına başlanıb. 2019-cu ildə artıq 21 pensiya və təqaüd növü elektronlaşmağa başlanıb. 2019-cu ilin mart ayının 1-dən əlilliyə görə əmək pensiyası elektron qaydada həyata keçirilməyə başlanıb. Bu da ümumilikdə 2019-cu ildə həyata keçirilən pensiya növləri üzrə 80 faizə yaxın pensiya növünün elektron qaydada, yəni proaktiv qaydada həyata keçirilməsinə gətirib çıxarıb".

ƏƏSMN-in şöbə müdirinin müavini bildirib ki, burada əsas məqsəd vətəndaşlarımızın hər hansı dövlət instansiyasına getmədən yaranan hüquqlarından bəhərələnməsidir:

"Artıq vətəndaş hər hansı dövlət qurumuna müraciət etmir, əksinə dövlət vətəndaşa müraciət edir. Vətəndaşı məlumatlandırır ki, artıq sizin yaranan hüququnuz var. Bu hüququ vətəndaşa tanıtmaqla bərabər dövlət orqanı artıq vətəndaşı bu hüquqla təmin edir".

ELEKTRON SOSİAL İNTERNET PORTALI

Portal 16 elektron alt sistemi və 2 reyestri özündə birləşdirir.

Bu portal vətəndaşlara onlar barədə toplanan sosial məlumatlar bazasına çıxış imkanı yaradır. Məsələn..

Əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik və realibitasiya

Mənbə: www.realtv.az