“Zəyəm Texnologiyalar Parkı”na yeni səhmdar daxil olur

“Zəyəm Texnologiyalar Parkı”na yeni səhmdar daxil olur

6 mart 2020-ci il tarixində “Zəyəm Texnologiyalar Parkı” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
“Marja” ASC-nin elanına istinadən xəbər verir ki, gündəlikdəki məsələlər ASC-yə yeni səhmdarın daxil olmasının təsdiq edilməsi və İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyata alınmasıdır.

“Zəyəm Texnologiyalar Parkı” Şəmkir rayonu, Zəyəm qəsəbəsində fəaliyyət göstərir.
“Zəyəm Texnologiyalar Parkı” ASC-nin 234 səhmdarı var. ASC uzun illər "ATA Holdinq" şirkətlər qrupunun tərkibində fəaliyyət göstərib.

Mənbə: marja.az