Rusiyanın turizm şirkətləri Çinə bilet və tətil paketi satışlarını dayandırıb

Rusiyanın turizm şirkətləri Çinə bilet və tətil paketi satışlarını dayandırıb

Rusiya Tur Operatorları Birliyinin sədri Dmitri Qorin, turizm şirkətlərinin, son günlər korona virusu səbəbilə 81 nəfərin öldüyü Çinə bilet və tətil paketlərinin satışıniı dayandırmaq qərarı verdiklərini açıqlayıb.

"Marja" xəbər verir ki, Qorin, Çində olan Rus turistlərin ölkəyə geri gətirilmələri üçün çalışdıqlarını da bildirib.

Çinin karantin elan edilmiş Vuhan şəhərində 75-i tələbə olmaqla təxminən 140 Rusiya vətəndaşı olduğu məlumatı verilib. Ötən həftə Vuhandan Moskvaya bütün birbaşa uçuşlar ləğv edilmişdir.

Mənbə: marja.az