Dünya fond bazarlarının əsas indeks göstəriciləri enib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri enib

Yanvarın 27-də Amerika fond bazarında Dow Jones indeksi 1,57% – 28,535.80 bəndədək, S&P 500 indeksi 1,57% – 3,243.63 bəndədək, Nasdaq indeksi isə 1,89% – 9,139.31 bəndədək enib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında yanvarın 27-də FTSE 100 indeksi 2,29% – 7,412.05 bəndədək, Fransa CAC-40 indeksi 2,68% – 5,863.02 bəndədək, Almaniya DAX-ı isə 2,74% – 13,204.77 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,56% artaraq 1 587,4 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,09% azalaraq 1,1017 dollar təşkil edib.

 

Mənbə: apa.az