Bu bankın kredit portfelinin 98%-i biznes kreditlərindən ibarətdir

Bu bankın kredit portfelinin 98%-i biznes kreditlərindən ibarətdir

31 Dekabr 2019-cu il tarixində “Premiumbank” ASC-nin kredit portfeli (müştərilərə verilən kreditlər) 567 milyon 573 min manat təşkil edib.

“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, kredit portfelinin 97,5%-ni və ya 553 milyon 909 min manatını biznes kreditləri, 0,5%-ni və ya 2 milyon 666 min manatını istehlak kreditləri, 2%-ni və ya 10 milyon 997 min manatını daşınmaz əmlak kreditləri təşkil edib.

2018-ci ilə müqayisədə 2019-cu ildə Bankın müştərilərə verdiyi kreditlər isə 17 milyon 23 min manat azalaraq 567 milyon 573 min manata geriləyib

Mənbə: marja.az