Ötən il Ukrayna Azərbaycandan 310 mln. dollarlıq xam neft alıb

Ötən il Ukrayna Azərbaycandan 310 mln. dollarlıq xam neft alıb

2019-cu ildə Ukrayna Azərbaycandan ümumi məbləği 309,44 mln. ABŞ dolları olan xam neft alıb.

“Report” Ukrayna mətbuatına istinadən bildirir ki, bu barədə Ukraynanın Dövlət Gömrük Xidmətinin məlumatında deyilir.

Bildirilir ki, bu, Ukraynanın ümumilikdə idxal etdiyi məhsulun 76,26 faizinə bərabərdir.

Ümumilikdə, 2019-cu ildə Ukrayna 28,8 min ton xam neft idxal edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 3,1% çoxdur. Ötən il ümumilikdə 405,75 mln. dollarlıq xam neft idxal edilib ki, bu da daha əvvəlki 2018-ci illə müqayisədə 6% azdır.

Belə ki, ötən il ərzində Ukrayna ABŞ-dan ümumi dəyəri 91 mln. dollar, Qazaxıstandan 2,6 mln. dollar, digər ölkələrdən isə 2,71 dollarlıq xam neft idxal edib.

2019-cui il ərzində isə Ukrayna 0,103 min ton xam neft ixrac edib ki, onun da ümumi dəyəri 0,053 mln. dollar təşkil edib. Bütün ixrac həcmləri iyunda Latviyaya yönləndirilib.

Mənbə: report.az