Yenidən qurulan Xırdalan dairəsi tikintidən sonra belə olacaq - FOTO

Yenidən qurulan Xırdalan dairəsi tikintidən sonra belə olacaq - FOTO

Bir müddət əvvəl genişləndirilməsinə başlanılan Bakı-Sumqayıt yolunun Xırdalan dairəsi kimi tanınan ərazisində işlər sürətlə davam edir. Sözügedən dairədə 3 mərtəbəli yol inşa olunacaq.

ABC.AZ yolun inşasından sonrakı görüntüsünü əldə edib. Fotodan aydın olur ki, mövcud dairənin üzərindən yeni körpü inşa olunacaq.

Belə ki, Binəqədidən Xırdalana getmək istəyənlər dairəyə daxil olmadan yeni tikiləcək körpü vasitəsi ilə hərəkət edəcək. Sumqayıtdan və Masazırdan metronun 20 yanvar stansiyasına getmək istəyənlər isə dairəyə girmədən tunelə daxil olaraq, həmin istiqamətdə hərəkət edəcək. Xırdalana getmək istəyənlər isə dairəyə mütləq daxil olmalı olacaq. Bununla da pik saatlarda Bakı-Sumqayıt yolu və sözügedən dairədə yaranan sıxlıq azalmış olacaq.

Qeyd edək ki, yanvarın 15-də keçirdiyi mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Bakı-Sumqayıt yolunda başlanmış yenidənqurma işlərinin may ayında tamamlanacağını bildirib.

Mənbə: abc.az