Mərkəzi Bank “AccessBank”a vəsait ayırıb

Mərkəzi Bank “AccessBank”a vəsait ayırıb

2014-cü ilin 4-cü rübündə Azərbaycan Mərkəzi Bankı (AMB) “AccessBank”a vəsait ayırıb.

“Marja” “AccessBank”ın balans hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin sonunda AMB-nin banka qarşı tələbi 4 milyon 968 min manat təşkil edib. 2019-cu ilin 3-cü rübünün sonunda bu tələb sıfır manat idi.

Xəbər verdiyimiz kimi, "AccessBank"ın 2020-2022-ci illər üzrə strateji inkişaf planı təsdiqlənib. Sənədə əsasən, biznesin həcminin genişləndirilməsi, əməliyyat effektivliyinin və risklərin idarəolunması sisteminin səmərəliyinin artırılması 2020-ci il və növbəti dövr üçün əsas prioritet olacaq.

Mənbə: marja.az