“AGBank” ötən ili zərərlə başa vurub

“AGBank” ASC 2019-ci ili 2,122 milyon manat zərərlə başa vurub. Halbuki Bank 2018-ci ildən 5,367 milyon manat mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, ötən il “AGBank”ın gəlirləri 44,127 milyon manat (illik müqayisədə 15,3% az), xərcləri 52,356 milyon manat (3,4% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 6,107 milyon manat (56,9% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “AGBank”ın aktivləri 454,531 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 8,4% azdır. Bunun 191,712 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə Bankın kredit portfeli 7% kiçilib.

Hesabat dövründə “AGBank”ın öhdəlikləri 8,9% azalaraq 404,558 milyon manata, o cümlədən depozit portfeli 12,1% azalaraq 208,166 milyon manata, balans kapitalı isə 4% azalaraq 49,972 milyon manata düşüb.

Xatırladaq ki, "AGBank" 1992-ci ildə "Azəriqazbank" adı ilə fəaliyyətə başlayıb, 2012-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 103,8 milyon manatdır. Bankın səhmləri onun Müşahidə Şurasının (MŞ) sədri Çingiz Əsədullayevə, Beynəlxalq Maliyyə Korporasiyasına (IFC), “Kazimir Partners” şirkətinə, Fərzulla Yusufova (MŞ-nın üzvü), Marçenko Qriqoriyə (Qazaxıstan Mərkəzi Bankının keçmiş sədri, MŞ-nın üzvü), eləcə də 78 minoritar səhmdara məxsusdur.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Putin Donbası Kiyevə qaytarır – Sensasion gəlişmə (VİDEO)

SONRAKI XƏBƏR

Eldar Quliyevin “seçki texnologiyaları” - Komandasından eks-deputata “ayı xidməti”