Səs-küylü Libra kriptovalyutasına yeni zərbə - investorların sayı azalır

Səs-küylü Libra kriptovalyutasına yeni zərbə -  investorların sayı azalır

Vodafone şirkəti feysbukun Libra kriptovalyutasına sərmayə yatırmaqdan imtina edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Vodafone şirkəti layihəni tərk edən 8-ci investor olub.

Şirkətdən Libra-ya ayıracaq vəsaitin M-Pesa rəqəmsal ödəniş sisteminə yönəldiləcəyi bildirilib.

Layihənin Siyasət və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Dante Dispart isə buna cavab olaraq "bu vəziyyət bizim üçün təhlükəli deyil. Digər investorlarla danışıqlar aparmağı planlaşdırırıq. Siyahımızda 1500-ə yaxın şirkət var", - deyə qeyd edib.

Milli.Az

Mənbə: news.milli.az